Nokia 2690 - microSD kartın daxiledilməsi

background image

microSD kartın daxiledilməsi
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları

istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə

edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan

yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda

saxlanılan məlumat pozula bilər.

Telefonunuz 8 GB qədər yaddaş həcmi ilə microSD kartlarını dəstəkləyir.
Cihaz ilə uyğun yaddaş kartı təchiz oluna bilər və artıq cihazda yerləşdirilmiş ola bilər.

Əgər bu belə deyilsə, aşağıdakıları edin:

Cihazın işəsalınması

5

background image

1 Yaddaş kartı slotunun örtüyünü açın.
2 Kartı kontakt səthinin üzüyuxarı şəkildə yaddaş kartı slotuna daxil edin və yerinə

möhkəm bağlacağına qədər basın.

3 Yaddaş kartı slotunun örtüyünü bağlayın.