
Avtomobillər
RT siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici sistemlər
və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron sistemlərə
Məhsul və təhlükəsizlik üzrə məlumat
31

təsir göstərə bilər. Daha ətraflı məlumat üçün avtomobilinizin və ya hər hansı qoşulan avadanlığın istehsalçısı və ya rəsmi
nümayəndəliyinə müraciət edin.
Ancaq ixtisaslı işçilər avtomobilə cihaz quraşdırmalı və ya təmir etməlidir. Səhv quraşdırma və ya təmir etmə təhlükəli ola bilər
və cihaza tətbiq edilən hər hansı zəmanəti yararsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün
quraşdırıldığı və işlədiyini yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya
partlayıcı maddələri saxlamayın və ya daşımayın. Hava yastığı olan avtomobillər üçün unutmamaq lazımdır ki, hava yastıqları
yüksək güclə açılır. Quraşdırılan və ya portativ simsiz cihaz daxil olmaqla, əşyaları hava yastığının üzərinə və ya onun olduğu
sahəyə yerləşdirməyin. Əgər daxili simsiz cihaz düzgün quraşdırılmayıbsa və hava yastığı açılsa, ciddi zədə və ya yaralanma
ola bilər.
Təyyarədə uçarkən cihazdan istifadə qadağandır. Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz
telecihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini korlaya bilər və qeyri-qanuni ola
bilər.