Nokia 2690 - İş mühiti

background image

İş mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı 1,5 santimetr (5/8 düym) məsafədə olduqda

belə radiotezliklərin təsiri haqda rəhbər göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Üstünüzdə gəzdirmək üçün daşıma

qabı, kəmər qısqacı və ya tutqacdan istifadə edirsinizsə, metal tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə

uzaq olmalıdır.

Məlumat faylları və ya mesajları ötürmək üçün bu cihaz keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Müəyyən hallarda belə əlaqə

təmin edilməyincə faylların və ya mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun ki,

yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.

Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan vasitələri cihazın

yanında qoymayın, çünki onlarda olan məlumat silinə bilər.