
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və göstərişlərə riayət edin. Potensial partlayıcı
atmosferi olan ərazi adətən avtomobilinizin mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazıni əhatə edir. Belə ərazilərdə
qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə nəticələnir. Telefonu xidmət
stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial
partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Bunlara qayıqlarda göyərtənin aşağısı, kimyəvi
maddə daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və ya müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye
qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini
soruşmalısınız.