Səs əmrləri və səslə nömrə yığımı
Telefonunuzdan səs əmrini söyləyərək istifadə edin və Kontaktlarda saxlanılan adı
söyləyərək telefon zəngini edin.
20
Parametlər
Səs əmrləri və səslə nömrə yığımı dildən asılıdır. Səs tanınması bəzi dillərdə
dəstəklənmir. Dəstəklənən dillərə baxmaq üçün seçin
Menyu
>
Parametrlər
>
Telefon
>
Dil parametrləri
>
Səs tanınma dili
. Tanınma dilini təyin etmək üçün
istədiyiniz dili seçin.
Qeyd: Səs elementlərinin səs-küylü şəraitdə və təcili yardım tələb edən hadisə zamanı
istifadəsi çətinləşə bilər, bu səbəblə bütün hallarda yalnız səslə nömrənin yığılmasına
etibar etməməlisiniz.
Telefonunuzun səs tanınmasını səsinizə öyrətmək üçün seçin
Menyu
>
Parametrlər
>
Telefon
>
Səsin tanınması
>
Səs tanınması təlimi
.
Səs əmrini funksiya üçün aktivləşdirmək üçün
Menyu
>
Parametrlər
>
Telefon
>
Səsin
tanınması
>
Səs əmrləri
, xüsusiyyəti və funksiyanı seçin. səs əmrinin aktiv
olduğunu bildirir.
Səs əmrini aktivləşdirmək üçün seçin
Əlavə et
. Aktivləşdirilmiş səs əmrini səsləndirmək
üçün seçin
Çal
.
Səs əmrlərini idarə etmək üçün funksiyaya tərəf diyirləyin və seçin
Seçim
.
Səs əmrlərindən yaxud səslə nömrə yığımından gözləmə rejimində istifadə etmək üçün
sağ seçim düyməsini basıb saxlayın. Qısa ton səslənir və
İndi danış
göstərilir. Zəng
etmək istədiyiniz kontaktın adını yaxud əmri söyləyin. Səs tanınması uğurludursa, təklif
olunan uyğunluqların siyahısı əks olunur. Telefon siyahıdakı birinci uyğunluğun səs
əmrini səsləndirir. Əgər o düzgün əmr deyilsə, digər birisinə tərəf diyirləyin.